Meksikada 6 nəfər qəzada öldü
    • 13-08-2023, 23:22
    • 164

Meksikada 6 nəfər qəzada öldü

Meksikada avtobusun aşması nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

News24.az-ın məlumatına görə, hadisə ölkənin mərkəzindəki Mexiko və İdalqo ştatlarını ayıran ərazidə baş verib.

Bildirilib ki, ölənlər arasında həddi-büluğa çatmamış şəxs də var. Zərərçəkmişlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onlardan 6-sı ağır durumdadır.