Diş həkimi iş otağında dostunun boynunu sındırdı
    • 14-08-2023, 11:13
    • 326

Diş həkimi iş otağında dostunun boynunu sındırdı

Sankt-Peterburqda həkim bir dostunu kabinetinə dəvət edib və ona yumruqları ilə hücum edib.

News24.az xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

Hər şey avqustun 12-də şəhərin Kirovski rayonunda Narodnoqo Opolçeniya prospektindəki stomatoloji klinikanın binasında baş verib. Mənbənin sözlərinə görə, təcili tibbi yardım maşını ağır vəziyyətdə olan 60 yaşlı kişini axşam saatlarında oradan aparıb. Zərərçəkmiş çoxsaylı xəsarətlər və kəllə sınığı ilə xəstəxanaya yerləşdirilib.

Müstəntiqlər müəyyən ediblər ki, saxlanılan şəxs iş günündən sonra dostunu iş otağına dəvət edib. İlkin versiyaya görə, kişilər içki içərək mübahisə ediblər. Münaqişə döyülmə ilə yekunlaşıb.

Həkim barəsində cinayət işinə başlanılıb.

Aynurə