Rus kəşfiyyatçıları Rabotino bölgəsinə BASQIN ETDİ
    • 14-08-2023, 12:22
    • 197

Rus kəşfiyyatçıları Rabotino bölgəsinə BASQIN ETDİ

Rusiya Silahlı Qüvvələrinin kəşfiyyatçıları Zaporojye vilayətinin Rabotino kəndi yaxınlığında əks-hücum keçirib.

News24.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının rəhbəri Vladimir Roqov bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bir neçə hərbçisi əsir götürülüb.

Daha əvvəl Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski isə bildirib ki, Rusiya Federasiyası Silahlı Qüvvələri Zaporojye vilayətinin Rabotino yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırıb. Balitski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin irəliləyişi Rusiyanın radio ələ keçirmə sistemi tərəfindən aşkar edilib, artilleriya və aviasiya atəşi açılıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində canlı qüvvə itkisi şəxsi heyətin 60%-ni təşkil edib, 20 ədəd Ukrayna texnikası da məhv edilib.

Aynurə