Melitopolda  üç partlayış baş verdi - VİDEO
    • 18-07-2023, 14:16
    • 129

Melitopolda üç partlayış baş verdi - VİDEO

Zaporojye vilayətinin Melitopol şəhərində partlayış baş verib.

News24.az
xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının teleqram kanalında məlumat yayılıb.

“Biz Rusiya ilə birlikdəyik” ictimai təşkilatının rəhbəri Vladimir Roqov bildirib ki, ilkin məlumatlara görə Zaporojye vilayətinin Melitopol rayonunda üç partlayış baş verib. Ehtimallara görə, partlayışlar hava hücumundan müdafiə sisteminin işləməsi ilə bağlı ola bilər.

Bundan əvvəl Zaporojye vilayəti Amerika Birləşmiş Ştatlarının Ukrayna Silahlı Qüvvələrinə (APU) kaset sursatlarının verilməsinin nəticələrini qiymətləndirib. Roqovun sözlərinə görə, Kiyev qeyd olunan silahlarla təmin olunarsa, mülki əhalinin tələfatı istisna edilmir. Həmçinin Rusiya hakimiyyətinin nümayəndəsi vurğulayıb ki, ABŞ-ın bu qərarı hərbi əməliyyatların post-Ukrayna məkanından kənara çıxması üçün növbəti addım olub.

Aynurə