Şoyqu Qərb texnologiyasını tənqid ETDİ
    • 14-08-2023, 14:33
    • 122

Şoyqu Qərb texnologiyasını tənqid ETDİ

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, döyüş şəraitində Qərbin reklam edilən texnikası qüsursuz deyil. 

News24.az xəbər verir ki, Şoyqu iyulda Ukrayna Silahlı Qüvvələrinin itkilərinin sayını açıqlayıb. O qeyd edib ki, Ukrayna 20,8 mindən çox əsgər və 2,2 mindən çox müxtəlif silah, o cümlədən 10 Leopard tankını itirib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, “Ukraynanın əks-hücum əməliyyatı nəzərdə tutulduğu kimi getmir”. Onun hesablamalarına görə, Kiyevin bugünədək ciddi uğuru yoxdur.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyata başlayıb.

Aynurə