Rusiya ordusu Mariupola nəzarəti ələ keçirdi - Putin hücumu dayandırdı
    • 21-04-2022, 12:02
    • 427

Rusiya ordusu Mariupola nəzarəti ələ keçirdi - Putin hücumu dayandırdı

Rusiya ordusu Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib. 

News24.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın müdaifə naziri Sergey Şoyqu Mariupolun tam nəzarətə götürüldüyünüə prezident Vladimir Putinə məruzə edib.

Şoyqu məruzəsində bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub. Hazırda isə 2 mindən çox hərbçi “Azovstal” zavodunun ərazisindədir.

Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqu ilə görüşündə Mariupoldakı "Azovstal" sənaye zonasına hücumu yersiz adlandırıb və onun ləğv edilməsini əmr edib. Əvəzində isə ərazinin mühasirədə saxlanılması ilə bağlı göstəriş verib: "Bu sənaye sahəsini bağlayın ki, milçək uçmasın".