-
- 12-07-2023, 18:02
- 255
"Ukraynanın itkiləri ilə bağlı məlumatlar şişirdilib" - ISW
Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukrayna ordusunun əks-hücum əməliyyatı effektli deyil.
News24.az xəbər verir ki bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatında deyilir.
Şoyqunun sözlərinə görə, Ukrayna qüvvələri iyunun 4-dən - əks-hücum başlayandan bəri 26 min hərbçi və 1244 tank və piyada döyüş maşınını itirib. Eyni zamanda, o iddia edir ki, Rusiya əks-hücumun başlanğıcından bu yana 176 HIMARS raketini və 27 “Storm Shadow” qanadlı raketini ələ keçirib.
ISW analitiklərinin fikrincə, Rusiya komandanlığının Ukraynanın itkiləri ilə bağlı məlumatları çox şişirdilib.
Şoyqunun Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı ritorikası Kremlin KİV-lərə əks-hücum əməliyyatını xəfif görməmək və Rusiyanın uğurlarını şişirtməmək göstərişləri ilə ciddi şəkildə ziddiyyət təşkil edir”, - məlumatda bildirilir.
ISW güman edir ki, Şoyqu bu göstərişlərə getdikcə məhəl qoymur, “Vaqner” qrupunun qiyamından sonra Müdafiə Nazirliyinin fəaliyyətini effektli göstərməyə çalışır.
Arzu