Bakıda evdən 6 minlik qızıl OĞURLANDI
    • 20-09-2019, 12:42
    • 878

Bakıda evdən 6 minlik qızıl OĞURLANDI

Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki evlərin birindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini E.Qəhrəmanov və Balakən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - C.Xəlilov və N.Musayev saxlanılıb.