Zukerberq bir toyuqdur - İlon Mask
    • 14-08-2023, 16:15
    • 335

Zukerberq bir toyuqdur - İlon Mask

Amerikalı iş adamı, “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq sosial şəbəkələrdə döyüş dueli planlaşdırdığı sahibkar İlon Maskı idmana “qeyri-ciddi münasibət”ə görə qınayıb.

News24.az xəbər verir ki, bu barədə danışan Mark bununla bağlı real tarix təklif etdiyini də açıqlayıb. O, döyüşü xeyriyyə yarışına çevirməyi təklif etdiyini də vurğulayıb. O bildirib k, lakin İlon tarixi təsdiqləməyib, daha sonra əməliyyata ehtiyacı olduğunu bildirib. 

Zukerberq vurğulayıb ki, Mask “onunla necə əlaqə saxlamağı bilir”. Sahibkar onu da vurğulayıb ki, əks halda idmana ciddi yanaşan insanlarla rəqabətə köklənəcək.

"Düşünürəm ki, biz hamımız razılaşa bilərik ki, İlon ciddi deyil və artıq hərəkət etmək vaxtıdır. O, tarixi heç vaxt təsdiqləməyəcək. İlon nə vaxtsa real tarix və rəsmi hadisə ilə bağlı ciddi fikirləşərsə, mənimlə necə əlaqə saxlayacağını bilir”, deyə Zukerberq "Threads" hesabında yazıb.


Mask ise Zukerberqi "toyuq" adlandıraraq cavab verib. 


Aynurə