-
- 14-08-2023, 18:19
- 379
İdmançımız medal QAZANDI
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.
News24.az "Report"a istinadən xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan paracüdoçuları qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.