Paracüdoçularımız Avropa çempionatının ilk günündə - 5 medal qazanıblar
    • 26-07-2019, 21:09
    • 1 084

Paracüdoçularımız Avropa çempionatının ilk günündə - 5 medal qazanıblar

Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya milli komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatının ilk günündə beş medal qazanıb.
News24.az xəbər verir ki, qadınların yarışında Sevda Vəliyeva (57 kq) ikinci, Səbinə Abdullayeva (52 kq) isə üçüncü olublar.
Kişilərin mübarizəsində Bayram Mustafayev (66 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) bürünc medal qazanıblar.
Beləliklə, yarışın ilk 2 gümüş və 3 bürünc mükafat qazanan Azərbaycan millisi medal sayına görə, birinci yerdə qərarlaşıb.