Zelenski ABŞ-a təşəkkür etdi
    • 14-08-2023, 20:34
    • 192

Zelenski ABŞ-a təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski 200 milyon dollarlıq yardım paketi üçün ABŞ Prezidenti Cozef Baydenə, ABŞ Konqresi və Amerika xalqına təşəkkür edib.

News24.az xəbər verir ki, bu barədə Zelenski öz hesabında qeyd edib.

"Hava hücumundan müdafiə raketləri, artilleriya döyüş sursatları, mina təmizləmə sistemləri və tank əleyhinə silahlar Müdafiə Qüvvələrimizə güc qatacaq. Birgə qələbəmizə doğru daha bir addım!", - deyə o vurğulayıb.