-
- 15-08-2023, 00:47
- 208
Moldova İrana qarşı sanksiyalar tətbiq edib
Moldova Rusiya ordusuna verdiyi yardıma görə İrana qarşı sanksiyalar tətbiq edib.
News24.az-ın məlumatına görə, bunu Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndəsi İqor Zaxarov deyib.
“Moldova Avropa İttifaqının demək olar ki, bütün sanksiyalarına qoşulur”, - Zaxarov bildirib.
Beləliklə, Moldova Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, İslandiya və Lixtenşteynin ardınca Aİ-nin İrana qarşı sanksiyalarına qoşulub.