Kanada rus oliqarxlarına qarşı sanksiyalar hazırlayır
    • 1-06-2023, 11:25
    • 412

Kanada rus oliqarxlarına qarşı sanksiyalar hazırlayır

Kanada Xarici İşlər Nazirliyi Moldovanın işlərinə qarışdığına görə Rusiyadan olan "oliqarxlar"a qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli NATO-ya üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin Osloda keçirilən qeyri-rəsmi görüşü zamanı deyib.

Coli qeyd edib ki, Kanada hakimiyyətinin fikrincə, “rus oliqarxları” Moldovanın daxili işlərinə qarışır.

“Tariximizdə ilk dəfə olaraq Moldova demokratiyasına dəstək olaraq sanksiyalar elan edəcəyik. Biz Moldovanın demokratiyasına müdaxilə etməyə çalışan rus oliqarxlarına qarşı tədbir görəcəyik”, - deyə nazir bildirib.

Aynurə