Dağıstanda dəhşətli partlayışda ölənlərin sayı artdı
    • 15-08-2023, 10:37
    • 196

Dağıstanda dəhşətli partlayışda ölənlərin sayı artdı

Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.

News24.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətiməlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanların sayı 105 nəfərə çatıb.

Qeyd edək ki, partlayış avqustun 14-də axşam saatlarında şəhərin kənarında yerləşən avtoservisdə baş verib. Daha sonra yanğın yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib.

Qumral