Şımkentdə baş verən partlayışda ölənlərin sayı artdı
    • 21-05-2022, 18:21
    • 367

Şımkentdə baş verən partlayışda ölənlərin sayı artdı

Qazaxıstanın Şımkent şəhərində doğum evinin yaxınlığında yerləşən aptekdə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəsarət alanların sayı 8 nəfərdir, onların hamısı şəhərin tibb müəssisələrinə yerləşdirilib.

Hadisə zamanı perinatal mərkəzdə 189 xəstə və 65 işçi olub. 

Polis İdarəsindən verilən məlumata görə, partlayış nəticəsində şoran məhlulların istehsal olunduğu 138 saylı xəstəxanalararası özəl aptekin binası dağılıb. Partlayış nəticəsində baş verən yanğın tamamilə lokallaşdırılıb.

Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin “yanğın təhlükəsizliyi tələblərinin pozulması, nəticədə insan ölümü” maddəsi ilə ibtidai istintaq başlayıb.