-
- 15-08-2023, 19:26
- 178
Birqütblü dünyanın sonu: Nigerdəki vəziyyət göstərdi ki..
“Yeni Niger hakimiyyətinin ABŞ-a güzəştə getmək istəməməsi Amerikanın dünyada təsirinin azaldığını və birqütblü dünyanın sonu olduğunu göstərir”.
News24.az “Politico”ya istinadla xəbər verir ki,bu barədə ABŞ dövlət katibinin Afrika məsələləri üzrə keçmiş köməkçisi Tibor Naqi deyib.
"Bu, artıq birqütblü dünya deyil. Bu, daha çox ikiqütblü dünyadır və çoxlu təsir rıçaqlarına malik olan çoxlu orta güclər var", - o deyib.
Onun sözlərinə görə , ABŞ prezidenti Co Bayden hökuməti Qərbi Afrikada nüfuzunu saxlamaq istəyirsə , Nigerdə hakimiyyətə gələn üsyançılarla danışıqlar aparmaq üçün bir yol tapılmalıdır: “Niger kimin idarə etməsindən asılı olmayaraq Birləşmiş Ştatlar üçün çox vacibdir, çünki 2012-ci ildən bəri ABŞ hakimiyyəti Niger ordusuna təlim keçmək üçün 500 milyon dollar, o cümlədən Aqadez yaxınlığında baza tikmək üçün 100 milyon dollar ayırıb”.
Ayşən