“Qalatasaray”a uduzub “Qarabağ”a rəqib oldu
    • 16-08-2023, 01:00
    • 453

“Qalatasaray”a uduzub “Qarabağ”a rəqib oldu

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bilinib.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Qalatasaray”a uduzan Sloveniyanın “Olimpik” (Lyublana) klubu “Qarabağ”ın potensial rəqibi olub.

Belə ki, “Qarabağ” HİK-i keçsə, onlarla qarşılaşacaq.

Qeyd edək ki, Türkiyənin “Qalatasaray” klubu “Olimpiya”nı üstələyərək UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib. Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan “sarı-qırmızılılar” doğma arenasında da rəqibi məğlub ediblər – 1:0.