Türkiyədə istilik rekordu yeniləndi
    • 16-08-2023, 08:05
    • 135

Türkiyədə istilik rekordu yeniləndi

Türkiyənin mərkəzindəki Eskişehir vilayətində yeni temperatur rekordu qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, çərşənbə axşamı ən yüksək temperatur Eskişehir vilayətində qeydə alınıb və 49,5 dərəcə Selsi təşkil edib.

Qeyd edək ki, əvvəlki rekord 20 iyul 2021-ci ildə Şırnak vilayətində 49,1 dərəcə Selsi göstəricisi ilə qeydə alınmışdı.