Moskvada temperatur rekordu qeydə alındı
    • 2-01-2023, 11:40
    • 248

Moskvada temperatur rekordu qeydə alındı

Rusiya paytaxtında ən yüksək temperatur rekordu qeydə alınıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Hidrometeorologiya Mərkəzinin direktoru Roman Vilfand bildirib.
Onun sözlərinə görə, Moskvada yeni il gecəsi +6,2 dərəcə istilik qeydə 
alınıb. 

Yanvarın 1-də Moskvada hava +4,5 dərəcəyə qədər istiləşib. Rusiya paytaxtda belə rekord göstərici sonuncu dəfə 1973-cü ildə qeydə alınıb. 
Qeyd edək ki, sinoptiklər həftə sonundan havanın temperaturunun kəskin dəyişəcəyini, -20 dərəcədən aşağı düşəcəyini bildiriblər.