"Soros Fondunun ölkəmizə ayırdığı vəsait iki dəfə artıb" UKRAYNALI POLİTOLOQ
    • 16-08-2023, 13:57
    • 264

"Soros Fondunun ölkəmizə ayırdığı vəsait iki dəfə artıb" UKRAYNALI POLİTOLOQ

“Soros Fondunun ölkəmizdə fəaliyyətini məhdudlaşdıracağı ilə bağlı deyilənlər əsassızdır”. 


News24.az xəbər verir ki, bunu RTV- yə açıqlamasında ukraynalı politoloq Valeri Dımov bildirib.
 
O deyib ki, fondun Avrozonada ölkələrindən çıxmasından da söhbət gedə bilməz.


 V. Dımovun fikrincə, açıqlanan son tədbirlər planında yeni fəaliyyət modelinə keçid, ittifaq daxilində personalın sayını azaltmaq, eləcə də Berlin və Brüsseldəki nümayəndəliklərin bağlanması nəzərdə tutulur:

“Yeni qərar fondun Ukayna, Moldova, Qırğızıstan və Balkan yarımadasının qərbindəki ofislərinə təsir etməyəcək. Onlar artıq bilavasitə deyil, şəbəkənin digər qurumları vasitəsilə maliyyələşəcək. Əksinə, fond Ukraynada fəaliyyətini genişləndirir. Ötən il bu məqsədlə ayrılan vəsait 102 faiz artıb. Onun ölkəmizdəki əsas prioritetləri: demokratiyaya dəstək, ictimai nəzarət, Rusiyanın hərbi cinayətlərinin qeydə alınması və məsuliyyətə cəlb edilməsi, habelə Avrointeqrasiyaya vasitəçilikdən ibarətdir. Soros Fondu demokratiya uğruna mübarizə üçün yaranıb. İndi bu savaş Rusiya-Ukrayna müharibəsi fonunda gedir. Açıq Cəmiyyət İnstitutu şər imperiyasına qarşıdır. Hesab edirəm ki, fond demokratiya ilə mübarizə üçün Ukraynada fəaliyyətini davan etdirəcək”.

Fərid Azəri