Soros Fondu Avrozonadan GEDİR
    • 16-08-2023, 09:46
    • 367

Soros Fondu Avrozonadan GEDİR

Soros Fondu (Açıq Cəmiyyət İnstitutu qeyri-hökumət təşkilatı) Avropa İttifaqındakı fəaliyyətini dayandırır. 

News24.az-ın məlumatına görə, ilkin mərhələdə ittifaq daxilindəki layihələrə ayrılan vəsait azaldılacaq. 

O da bildirilir ki, fond benefisiarlara bununla bağlı müvafiq bildiriş göndərib. 

Fondun yaydığı məlumata əsasən, 2018-ci ildə Budapeştdəki biznes strukturlarını Berlinə transfer edən C. Soros bundan sonra planetin digər nöqtələrindəki demokratik prosesləri maliyyələşdirəcək. 

Qeyd edək ki, bu qərarın konkret olaraq hansı aydan reallaşacağı məlum deyil.

Fərid Azəri