Ermənistan bu gün necə DAVRANACAQ?
    • 16-08-2023, 15:29
    • 291

Ermənistan bu gün necə DAVRANACAQ?

Məlum olduğu kimi bu gün BMT Təhlükəsizlik Şurasında Ermənistanın xahişi ilə “Qarabağdakı vəziyyət” müzakirə olunacaq.

Dünəndən etibarən Qarabağda “aclıqdan ölüm halları”nın olduğuna dair dezinformasiyalar tirajlanmağa başlayıb onlar bununla “humanitar fəlakət” iddiasını sübut etməyə çalışırlar. 

Eyni zamanda dünən axşamdan separatçıların tapşırığı ilə bir qrup erməni Rusiya sülhməramlılarının qərargahı önünə göndərilib. 

Günlərdir qanunsuz hərbi birləşmələrin döyüş mövqeləri hazırladığına dair məlumatlar, görüntülər yayılır. Separatçılar məhz bu gün necə davranacaqlar?

Mövu ilə bağlı News24.az-a danışan politoloq Elxan Şahinoğlu qeyd etdi ki, ermənilər Azərbaycana planlı şəkildə təzyiq göstərməyə çalışırlar.
"Ermənistan hər gün bölgədə gərginliyi artırır. Qarabağdakı hərbi texnikanın yerdəyişməsi, müxtəlif ölkələrdə erməni diasporunun fəallığının artırılması, BMT Təhlükəsizlik Şurasında mövzunun müzakirəyə çıxarılmasına baxmayaraq biz geri addım atmayacağıq. Ermənilər təklif etdiyimiz alternativ Ağdam yolundan istifadə etməməsi və qanunlarımızı qəbul etməyəcəkləri halda sözsüz ki, problemlər həll olunmayacaq. BMT Təhlükəsizlik Şurasında hər hansı sənəd qəbul edilib-edilməməsindən asılı olmayaraq bizə heç nəyi məcbur edə bilməzlər. Ona qalsa, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı 4 qətnamə var. Lakin bu, yerinə yetirilmədi və kağız üzərində qaldı. BMT özünün qəbul etdiyi qətnamələrlə bağlı heç bir iş görmədi. Bu şərtlər Ermənilərin tələbi ilə keçiriləcək iclasın uğursuz olacağını öncədən proqnozlaşdırmağa imkan verir".

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərin yekdil qərar qəbul edəcəkləri də sual altındadır:

"Ermənistan bizə anti-terror əməliyyatlarına başlamaq üçün seçim qoymur. Biz bunu həyata keçirmək məcburiyyətindəyik, çünki onlar silah və texnikanı müxtəlif məntəqələrə yığırlar. Yaxın müddətdə təxribat törədəcəkləri istisna edilmir".
Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti ilə paralel olaraq separatçıların daha geniş təxribatlara əl atacaqları gözləniləndir:

“Artıq düşmən tərəfindən göndərilən kəşfiyyat-diversiya qrupunun da bir üzvü Azərbaycan ordusunun bölmələri tərəfindən saxlanılıb.Digər bit tərəfdən isə Ermənistan   həm sərhəddə, həm də sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə hərbi texnika və heyət toplayır. Bu da ondan xəbər verir ki, Ermənistan növbəti və daha geniş miqyaslı təxribatlar törədərək müəyyən ərazilərdə eskalasiya yaratmağa cəh göstərəcək. Əvvəl olduğu kim bu dəfə də Azərbaycan ordusunun təxribatlara lazımi cavab verəcəyi şübhəsizdir”.
 
Ayşən Rəhim