Rusiyaya daha bir PUA hücumu oldu
    • 12-08-2023, 10:07
    • 245

Rusiyaya daha bir PUA hücumu oldu

Avqustun 12-nə keçən gecə Kaluqa vilayətinin Dzerjinski rayonunda hava hücumunun qarşısı alınıb.

News24.az xəbər verir ki, bu barədə regionun rəhbəri Vladislav Şapşa özünün Teleqram kanalında məlumat verib.

Məlumatda deyilib ki, hadisə nəticəsində insanlar və infrastruktur üçün heç bir fəsad yoxdur.

Xatırladaq ki, avqustun əvvəlində Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin (APU) altı pilotsuz uçan aparatla Kaluqa vilayətinə hücuma cəhd etdiyini bildirib. Bütün pilotsuz təyyarələr hava hücumundan müdafiə sistemləri (havadan müdafiə) tərəfindən vurulub. Heç kim xəsarət almayıb, dağıntı qeydə alınmayıb.

Qumral