Məşhur  jurnalist təyyarə qəzasında ÖLDÜ
    • 16-08-2023, 16:47
    • 140

Məşhur jurnalist təyyarə qəzasında ÖLDÜ

Fransalı jurnalist Jerar Lekler və Fransa Senatının keçmiş prezidenti Rene Monorinin qızı Mişel təyyarə qəzasında həlak olublar.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sud Ouest” yayıb. 

Məlumata görə, hadisə Nant şəhəri yaxınlığında baş verib. 

Bildirilir ki, “Robin DR400” tipli təyyarəni Lekler özü idarə edib. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Fransanın tanınmış jurnalisti 71 yaşlı J.Lekler öz karyerası boyu “Europe 1” və “RMC” radiosunda, “France 2” və “France 3” telekanallarında fəaliyyət göstərib, 2017-ci ildən isə “Cnews” telekanalında siyasi verilişdə aparıcılıq edib.