"Hamısı helikopterdə həlak oldu" - RƏSMİ
    • 20-05-2024, 07:36
    • 1 138

"Hamısı helikopterdə həlak oldu" - RƏSMİ


Qəza nəticəsində İran Prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib.

“Qəzaya uğrayan helikopterin yeri aşkar edildikdə, helikopterin sərnişinlərinin canlı olmasına dair heç bir əlamət tapılmadı", - o, IRIB telekanalında deyib.

O qeyd edib ki, helikopter qəza nəticəsində tamamilə yanıb.

Qeyd edək ki, helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmmədəli Ali Haşim də olub.