“Qarabağ” “Gent”lə cavab oyununa çıxır
    • 23-02-2023, 10:11
    • 179

“Qarabağ” “Gent”lə cavab oyununa çıxır

Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

News24.az xəbər verir ki, Ağdam təmsilçisi Belçikada "Gent" komandasının qonağı olacaq.

"Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək.

Azərbaycan çempionu Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu

23 fevral

00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)

VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)

İlk oyun - 0:1

Gent, "Gelamko Arena"