Türkiyə Liviyada hərbi baza YERLƏŞDİRƏCƏK
    • 17-08-2023, 10:00
    • 196

Türkiyə Liviyada hərbi baza YERLƏŞDİRƏCƏK

Türkiyə Liviyanın Homs limanını 99 il müddətinə icarəyə götürüb və burada hərbi baza yerləşdirəcək.

News24.az
xəbər verir ki, bu barədə TGRT telekanalı Türkiyənin Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinə istinadən məlumat yayıb.

Artıq Türkiyə bununla bağlı mühüm razılaşma əldə edib.

Hərbi analitiklərin fikrincə, belə bir addım Ankaranın Şərqi Aralıq dənizində suverenliyini gücləndirəcək, Türkiyənin ərazi sularına nəzarəti artıracaq və ticarət yollarının təhlükəsizliyini təmin edəcək.

Türkiyə ordusu yeni hərbi bazada döyüş pilotsuz təyyarələri və hava hücumundan müdafiə sistemləri yerləşdirməyə hazırlaşır.

Aynurə