Türkiyə yayılan xəbəri təkzib etdi
    • 17-08-2023, 11:37
    • 176

Türkiyə yayılan xəbəri təkzib etdi

Türkiyə hökuməti Müdafiə Nazirliyinin Hums limanının icarəyə verilməsi ilə bağlı məlumatları təkzib edib.

News24.az xəbər verir ki,  bu barədə "RİA Novosti"-yə hökumət nümayəndəsi məlumat verib.

Avqustun 17-də Türkiyə KİV-i xəbər yayıb ki, Müdafiə Nazirliyi Liviyanın Hums limanını orada hərbi baza yaratmaq üçün guya 99 il müddətinə icarəyə verib. Liviyadakı əməliyyatlar zamanı uğurla istifadə edilən PUA komplekslərinin və hava hücumundan müdafiə sistemlərinin Aralıq dənizi sahillərində yerləşdirilməsi planlaşdırılır.

Türkiyəli hərbi analitiklər qeyd ediblər ki, Əl-Xomsda bazanın açılması respublikanın Şərqi Aralıq dənizində suverenliyinivə dəniz ticarət yollarının təhlükəsizliyini təmin etmək üçün ərazi suları üzərində nəzarəti gücləndirəcək.

Aydan