Bakıda müəlliməyə qarşı 92 min manat dələduzluq - TƏFƏRRÜAT
    • 17-08-2023, 12:49
    • 327

Bakıda müəlliməyə qarşı 92 min manat dələduzluq - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

News24.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, iş məhkəmə baxışına verilib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama görə, Bakı şəhər sakini Hökümə Əliyev tanışları Hicran Süleymanova,  Aydın Cəfərov və  Könül Əliyeva ilə əlbir olaraq cinayət əlaqəsinə girib, Bakı şəhər sakini Əzizə Abdıyevanı etibarından sui istifadə edərək ona qarşı külli miqdarda dələduzluq ediblər. 

Belə ki, H. Əliyeva 2020-ci ildə Bakıda orta məktəblərin birində müəllimə işləyən Əzizə Abdiyevanın adına saxta ali məktəb diplomu gazırladacağına və həmin saxta diplomla onu orta məktəblərdən birinə direktor təyin etdirəcəyinə söz verib. Bu məqsədlə  o Ə. Abdiyevanı dəstənin digər üzvləri ilə tanış edərək ondan ümumilikdə 92 min manat alıb. Hadisədən bir müddət sonra dəstə üzvləri Ə.Abdiyevanın adına saxta diplom hazırlatsa da, diplom Təhsil Nazirliyi tərəfindən təsdiqlənməyib. 

Ə. Abdiyeva məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəndən sonra dəstə üzvləri saxlanılıb. H. Əliyeva barəsində həbs qəti imkan tədbiri, digər dəstə üzvləri barəsində polis nəzarətinə verilmə tədbiri seçilib. 

Samir Əli