Türkiyə vətəndaşı 74 nəfərə qarşı dələduzluq etdi - CİNAYƏT İŞİ
    • 2-05-2019, 15:54
    • 927

Türkiyə vətəndaşı 74 nəfərə qarşı dələduzluq etdi - CİNAYƏT İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

News24.az ONA-ya istinadən yaydığı xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 8-nə təyin edilib.

Qeyd edək ki, "Hom Paş Prestij MTK” 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb. İttihama görə, MTK-nın sahibi türkiyəli iş adamı H.Yiğitdöl Bakıda vətəndaşların etibarından sui-istifadə edərək, onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.