Tikilməkdə olan buz arenası YANDI — VİDEO
    • 17-08-2023, 12:59
    • 221

Tikilməkdə olan buz arenası YANDI — VİDEO

Yekaterinburqun mərkəzində tikilməkdə olan UMMC Arena buz meydançası yanıb.

News24.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi bildirib.

Qaz və tüstüdən mühafizə xidmətinin bölmələri tərəfindən müəyyən edilib ki, binanın 6-cı mərtəbəsində 10 kv.m sahədə boya-lak materialları və izolyator məmulatları yanıb. Yanğının mənbəyi lokallaşdırılıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Aynurə