Sumqayıtda ev yandı, xəsarət alan var
    • 16-04-2022, 17:51
    • 311

Sumqayıtda ev yandı, xəsarət alan var

Sumqayıt şəhərində ev yanıb, xəsarət alan var.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 100 m² olan 1 mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.