Taliban yenidən hücuma KEÇDİ
    • 17-08-2023, 14:52
    • 85

Taliban yenidən hücuma KEÇDİ

Taliban Əfqanıstanın şimal-şərqində müqavimət qüvvələrinə qarşı hücuma keçib.

News24.az xəbər verir ki, bu barədə Hasht-e subh məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, beş gündür ki, taliblər Bədəxşan əyalətinin Şevle və Şahad rayonlarında Milli Müqavimət Cəbhəsinin qüvvələrini yatırmaq üçün əməliyyat keçirir. Bu ərazilərdə Taliban qruplarının sayının 800 nəfər olduğu bildirilir.

Hasht-e subh yazır ki, ölkənin müxtəlif yerlərində Talibana qarşı üsyanların sayı artıb. Hətta Kabil, Pərvan, Təxar və Bədəxşan əyalətlərində onların rejiminə qarşı etirazlar olub.

Aynurə