"Taliban" Pəncşiri tam nəzarətə aldı
    • 6-09-2021, 09:34
    • 317

"Taliban" Pəncşiri tam nəzarətə aldı

“Taliban” qruplaşması Pəncşir vilayətini bütünlüklə nəzarəti alıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

Qeyd edək ki, Pəncşir vilayəti bu vaxta qədər "Taliban"a müqavimət göstərərək tabe olmayan tək vilayət idi. Orada Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin müqavimət qüvvələri toplanmışdı.