"Taliban" Pəncşirdə müqavimət liderini öldürmək niyyətindədir" - Səfir Zahir Ağbar
    • 1-09-2021, 08:46
    • 480

"Taliban" Pəncşirdə müqavimət liderini öldürmək niyyətindədir" - Səfir Zahir Ağbar

"Taliban" Pəncşirdə Əfqanıstan Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudu məhv etmək niyyətindədir.

News24.az xəbər verir ki, bu barədə Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Ağbar açıqlama edib. 

Səfir qeyd edib ki, "Taliban" heç vaxt Pəncşirdəki müqavimət liderləri ilə danışıqlara getməyəcək: "Onlar siyasətçi deyil. Üç il əvvəl dünyanın bir çox ölkəsində qadağan olunmuş terrorçulardır".