-
- 17-08-2023, 15:36
- 300
Talış kəndində 30 ildən sonra ilk körpə dünyaya GƏLDİ
Tərtərin işğaldan azad edilmiş Talış kəndində 30 ildən sonra körpə dünyaya gəlib.
News24.az xəbər verir ki, bu barədə “Report”a Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Camalovların ailəsində dünyaya gələn körpəyə Zəhra adı verilib.
İki oğul övladından sonra dünyaya göz açan Zəhra ailəsinin və yaxınlarının sevincinə səbəb olub.
Xatırladaq ki, Talış kəndinə köç bu ilin mart ayında reallaşıb, kənddə hazırda 20 ailə yaşayır.