-
- 17-08-2023, 15:59
- 656
Gənclər ən çox bu xəstəlikdən əziyyət çəkir
Gənclərin ən çox əziyyət çəkdiyi xəstəlik mədə-bağırsaq traktının xərçəngidir.
News24.az xəbər verir ki, bu barədə araşdırma “JAMA Network Open” jurnalında dərc edilib.
Sinqapur Milli Universitetinin alimləri müəyyən ediblər ki, bir çox ölkələrdə gənclər arasında xərçəng xəstəliyinin artması bir sıra amillərlə əlaqələndirilə bilər: qidalanma, həyat tərzi və yuxu rejiminin dəyişməsi, piylənmə, antibiotiklərdən istifadə və havanın çirklənməsi.
Müəlliflər 17 müxtəlif məlumat bazasında ümumilikdə 562 145 gəncin tibbi qeydlərini təhlil ediblər. Ümumilikdə, 50 yaşa qədər insanlar arasında xərçəngə yoluxma halları o qədər artıb ki, 2010-cu illə müqayisədə 2019-cu ildə hər 100 min nəfərə əlavə olaraq 3 xəstəlik aşkarlanıb.
Müəyyən yaş qruplarının və müxtəlif xərçəng növlərinin tezliyinin təhlili xərçəngin yükünün artmasına səbəb ola biləcək əsas risk faktorlarına daha çox işarə edir. Mədə-bağırsaq xərçəngi nisbətləri 30-39 yaş arası insanlarda xərçəngin bütün erkən formaları arasında ən sürətli artım idi.
Alimlər bu tendensiyanın nə ilə bağlı olduğunu bilmədiklərinə görə daha bir sıra tədqiqatlar aparmağı planlaşdırırlar.
Ayşən