Moskvada bütün ticarət mərkəzləri “MİNALANDI”
    • 17-08-2023, 18:31
    • 894

Moskvada bütün ticarət mərkəzləri “MİNALANDI”

Moskvada naməlum şəxs bütün ticarət mərkəzlərini minalaması ilə bağlı ölkənin fövqəladə hallar xidmətinə məlumat verib.

News24.az xəbər verir ki, bu barədə yerli mətbuatda qeyd olunub.

"Şəhərin bütün ticarət mərkəzlərində bomba təhlükəsi olması ilə bağlı anonim mesaj daxil olub", - deyə RİA Novosti-yə paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

Nəşr qeyd edir ki, əməliyyat xidmətlərinin mütəxəssisləri yoxlamalara başlayıb və evakuasiya həyata keçirilmir.

Aynurə