-
- 17-08-2023, 18:41
- 195
"Putin Ərdoğanla razılaşacaq TAXIL SAZİŞİNƏ QAYIDACAQ"
“Putin vəd edilənləri alacaq. Rusiya taxıl sazişinə qayıdacaq Ərdoğan bu barədə ABŞ və tərəfdaşları ilə razılaşacaq”.
News24.az xəbər verir ki, bu barədə bunu ukraynalı siyasi ekspert Mark Feyqin deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə qarşı kifayət qədər təzyiq rıçaqları var.
“Boğaziçi və Çanaqqala boğazları rıçaqdır. Türkiyə “kölgə idxalı” məsələsində Rusiyaya təzyiq göstərə bilər”, - Feyqin bildirib.
Ekspert qeyd edib ki, Putin Türkiyə ilə münasibətləri korlamaqda maraqlı deyil:“Siz Türkiyədən incisəniz, sonra o sizə lazım olanı verməyəcək və ya Ukrayna tərəfində daha çox müharibəyə qatılmağa başlayacaq. Türkiyə onsuz da Ukraynaya kömək edir, amma bu, nisbət məsələsidir. Putin istənilən halda taxıl sazişinin uzadılmasına razılıq verəcək. Və ehtiyatlı olacaq. Çox güman ki, Putin bunun qarşılığında ona vəd ediləni alacaq. Məsələn, “Rosselxozbank” SWIFT-ə qoşulacaq. Nə olur-olsun, Putin vəd edilənləri alacaq. Ərdoğan bu barədə ABŞ və tərəfdaşları ilə razılaşacaq”, - Feyqin vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna heç bir güzəştə getməyə hazır deyil:“Kreml istədiyi hər şeyə nail olmayacaq, amma taxıl sazişi tərəfdaşlar, Qərb, Cənub və Şərq üçün ağrılı məsələdir. Ona görə də bu məsələdə güzəştlər ediləcək, amma bu güzəştlər alət olacaq”
Ayşən