"Ermənistan növbəti dəfə diplomatik zərbə aldı" - İqor Korotçenko

"Ermənistan növbəti dəfə diplomatik zərbə aldı" - İqor Korotçenko Siyasət
“Ermənistanın rəsmi Bakıya qarşı qərəzli ittihamları əvvəldən hazırlanmış ssenarinin tərkib-hissəsidir”. 

News24.az xəbər verir ki, bunu RTV-yə açıqlamasında Xəzər Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko bildirib. 

O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının son iclası Azərbaycanın diplomatik qələbəsidir:

“BMT Təhlükəsizlik Şurasının son iclasının nəticələrini qısaca xarakterizə etsək, bu Azərbaycanın diplomatik və siyasi qələbəsidir. Ermənistan və müttəfiqləri anti-Azərbaycan qətnaməsini qəbul etdirə bilmədilər. Əvvəldən aydın idi ki, Ermənistanın Xarici İşlər Nazirliyinə Azərbaycanı ittiham etmək tapşırılmışdı. Azərbaycan Ermənistan üzərində növbəti diplomatik qələbəsini qazandı. Bunda ölkənizin irəli sürdüyü arqumentlərin də rolu oldu. Öz fikrini bildirən əksər dövlətlər də Azərbaycanın mövqeyinə dəstək ifadə etdi. Bu, Çin və Rusiyaya da aiddir. Ağdam-Xankəndi marşrutu həm ərazi bütövlüyü, həm də istər sülhməramlılara, istərsə də Qarabağ ermənilərinə təchizat baxımından ən optimal variantdır. Eyni zamanda xarici işlər nazirlərinin üçtərəfli Moskva görüşündə Ağdam-Xankəndi marşrutunun, bundan 24 saat sonra isə Laçın yolunun da açılmasına dair razılıq əldə olunmuşdu.  Laçın nəzarət-buraxılış məntəqəsi də bu razılığa daxili idi. Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətin bütün üzvləri qəbul etdi. Anti-Azərbaycan qətnaməsinin qəbulu fiaskoya uğradı, Ermənistan isə növbəti dəfə diplomatik zərbə aldı”.

Fərid Azəri