-
- 17-08-2023, 20:02
- 257
Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri AÇIQLANDI
Atıcılıq üzrə dünya çempionatının yarışlarının günündə pnevmatik tapançadan 10 metr məsafəyə atəş üzrə qadınlar arasında mübarizə qızğın keçib. Olimpiya növü olan bu növdə həm fərdi, həm də komanda halında medallar, həm də “Paris-2024” olimpiya oyunlarına lisenziyalar qazanılıb.
News24.az APA xəbər-ya istinadən xəbər verir ki, Çin yığmasının üzvü Yianq Ranxin fərdi növdə 239.8 xalla qızıl medala yiyələnib. Gümüş medal 238.3 xal toplayan yunanıstanla Anna Korakakiyə, bürünc medal isə 218.9 xal yığan çinli Li Xueyə çatıb.
Yarışın komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medal əldə ediblər. Komanda növündə gümüş medala Macarıstan komandası, bürünc medala İran komandası sahiblənib.
Komanda yarışında və fərdi yarışda qızıl medal qazanan çinli Yianq Ranxin turnirdəki çıxışı ilə bağlı təəssüratlarını bölüşüb:
“Özümü xoşbəxt hiss edirəm ki, bu yarışda qalib olmuşam. Bütün rəqiblərim güclü idi. Gümüş medal qazanan Anna Korakaki də çox ciddi hazırlaşmışdı. Finala yaxşı konsentrasiya olmuşdu, digər rəqiblərə fikir vermirdi.
Niyə həm kişilərin, həm də qadınların mübarizəsində qalib gəlirik? Çünki biz həqiqətən əlimizdən gələni edirik ki, iştirak etdiyimiz yarışlarda qalib gələk. Bunun sirri əzmlə çalışmaq və yarışlar zamanı soyuqqanlığı qoruyaraq qalib olmaqdır”.
Macarıstan komandasının heyətində gümüş medala yiyələnən Rahel Sara Fabian təşkilatçılıqdan məmnunluğunu dilə gətirib, gümüş medalın onlar üçün gözlənilməz olmadığını deyib:
“Ümumiyyətlə, yarış gözəl təşkil olunub. Mərkəzə gəlib-getmək çox rahatdır. Hər şey əladır. Xüsusilə atış meydançaları çox gözəldir. Mən 10 metr məsafəyə atışı çox xoşlayıram. Final yarışının keçirildiyi zal çox möhtəşəm idi. Bizim komanda həm Avropada, həm də dünyada çox güclüdür, iddialılardan biri hesab olunur. Komanda yoldaşım Veronika Mayor dünya səviyyəsində uğurlu idmançılardan biridir. Biz bu uğuru gözləyirdik, təəccüblü olmadı”.
Bakıda keçirilən atıcılıq üzrə 53-cü Dünya Çempionatı bügünkü yarışlarda “Paris-2024” Yay Olimpiya Oyunlarına qadın idmançılara da lisenziyalar qazandırıb. 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarışda iştirakçılar 4 lisenziya əldə ediblər.
Yarışın qızıl medalçısı çinli Yianq Ranxin, macarıstanlı Rahel Sara Fabian, vyetnamlı Trinh Tu Vinh və Cənubi Koreya təmsilçisi Kim Bomi “Paris-2024”-ə lisenziya qazanıblar.