Avropa İttifaqı qaz anbarlarını vaxtından əvvəl doldurur
    • 17-08-2023, 21:03
    • 207

Avropa İttifaqı qaz anbarlarını vaxtından əvvəl doldurur

Avropa İttifaqı ölkələri ümumi tenderlər sayəsində qış fəslinin təhlükəsiz keçməsi üçün nəzərdə tutulan təbii qaz həcminin demək olar ki, 90 %-ni anbarlarda toplayıb.

News24.az Report-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sözçüsü Stefan de Keersmaeker avqustun 17-də Brüsseldə keçirdiyi brifinqdə deyib.

Hazırda bu rəqəm 89,89 % təşkil edir.

Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranzitinə dair müqavilə 2024-cü ildə başa çatır. Onun davamı Avropanın Rusiyadan yanacaq almadan keçinəcəyindən asılı olacaq. Nazir ümid edir ki, Avropa tədarükləri şaxələndirə biləcək və Rusiya qazına ümumiyyətlə ehtiyac olmayacaq. Eyni zamanda, Avropa ölkələri tədarüklə bağlı Rusiya ilə danışıqlar apararsa, Ukrayna danışıqlarda iştirak etməyəcək.

Baş nazir Denis Şmıqalın sözlərinə görə, Ukraynanın qaz anbarlarına 11,7 milyard kubmetr qaz vurulub ki, bu da qış dövrü üçün tələbatın demək olar ki, 80 %-ni təşkil edir.