Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək
    • 9-01-2023, 20:14
    • 335

Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək

Ukrayna-Avropa İttifaqı sammiti fevralın 3-də Kiyevdə keçiriləcək.

News24.az xəbər verir ki, bu tarix Avropa İttifaqı Şurasına yanvarın 1-dən etibarən sədrlik edən İsveç tərəfindən təsdiqlənib.

Daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirmişdi ki, sammitdə Ukraynanın Aİ-yə daxil olması üçün zəruri şərtlərin müzakirəsi planlaşdırılır.

Tərəflər, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulunu və Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.