-
- 25-07-2023, 17:03
- 153
Aİ Ukrayna ilə alternativ taxıl ixracı marşrutlarını müzakirə edir
Avropa İttifaqı Ukrayna hakimiyyəti ilə taxıl müqaviləsinin dayandırılmasından sonra taxıl ixracının alternativ yollarını müzakirə edir.
News24.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Miriam Qarsianın Brüsseldə keçirilən mətbuat konfransında verdiyi məlumata görə, Baltikyanı regionda liman marşrutları ilə bağlı müzakirələr də gedir.
“Bizim məqsədimiz taxılı çıxarmaq, eləcə də Qara dənizə alternativ yollar axtarmaqdır. Avropa Komissiyası bütün dəhlizlərin müzakirəsində iştirak edir, Baltik dəhlizi də çox vacibdir”, - o bildirib.
Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Brüssel taxıl sövdələşməsinin dayandırılmasından sonra Ukraynanın hakimiyyət orqanlarından taxıl ixracına dair təkliflə məktub alıb.
Akqabay