Tələbə qızlar "Suşi"dən zəhərlənibmiş...
    • 21-11-2019, 17:29
    • 2 317

Tələbə qızlar "Suşi"dən zəhərlənibmiş...

BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.

News24.az xəbər verir ki, bu barədə şəxsi facebook səhifəsində açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya "Suşi" sifariş veriblər: "Tələbələr "Suşi"ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib. /Unikal.org/