"WhatsApp"da çoxdan gözlənilən YENİLİKLƏR
    • 18-08-2023, 09:29
    • 408

"WhatsApp"da çoxdan gözlənilən YENİLİKLƏR

"WhatsApp" messencerinin tərtibatçıları bir neçə yeni funksiyanı sınaqdan keçirirlər.

News24.az xəbər verir ki, bu barədə "WABetaInf" portalı məlumat yayıb. 

“Android” istifadəçiləri üçün qrup çatlarında zəngləri planlaşdırmaq imkanı funksiyası sınaqdan keçirilib.

Bu funksiya ilə istifadəçilər həmkarları və ya dostları ilə konfrans üçün vaxt seçmək daha asan olacaq.

Eyni zamanda, "WhatsApp" mövzunu, tarixi təyin etməyə və zəng növünü (video və ya səs) seçməyə imkan verəcək. İştirakçılar zəngdən 15 dəqiqə əvvəl bildiriş alacaqlar.

Messencer çoxsaylı hesablar arasında sürətli keçid funksiyasını da sınaqdan keçirməyə başlayıb. Parametrlərdə yeni profil əlavə edə bilərsiniz.

“WhatsApp” istifadəçiləri üçün bu yeniliklər yaxın bir neçə ay ərzində əlçatan olacaq.