-
- 18-08-2023, 10:25
- 231
Türkiyənin və Rusiyanın xarici işlər nazirləri görüşəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə taxıl sazişinin mümkün perspektivlərini müzakirə etməyə hazırlaşır.
News24.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, müzakirələrdə prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında mümkün görüş nəzərdə tutulur.
Türkiyə hakimiyyəti Qara dəniz təşəbbüsünün gələcəkdə üç istiqamətdə inkişaf edə biləcəyini təklif edib. Tərəflər razılığa gəlməsə, bu, ərzaq böhranının kəskinləşməsinə və hərbi qarşıdurmaya səbəb olacaq.
İkinci ssenariyə görə, Dunay boyu Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı da daxil olmaqla, alternativ marşrutlar yaratmaq mümkündür. Türkiyə rəsmiləri də istisna etmirlər ki, “ Rusiyanın bəzi narahatlıqları” həll olunarsa, taxıl dəhlizinin əvvəlki formatda işini bərpa edə bilər.
Aydan