Sibel Can və oğlu Engincan "Yarat" və Xalça Muzeyində - FOTO
    • 7-03-2019, 16:02
    • 1 756

Sibel Can və oğlu Engincan "Yarat" və Xalça Muzeyində - FOTO

Hazırda Bakıda olan Türk müğənnisi Sibel Can və oğlu Engincan Ural "Liatris Holding"in rəhbəri, iş xanımı Ruhi Əliyevanın müşayiəti ilə Bakının maraqlı məkanlarını ziyarət etməkdə davam edirlər. 

News24.Az xəbər verir ki, onlar əvvəl "Yarat" Müasir İncəsənət Mərkəzində, ardından Azərbaycan Xalça Muzeyində olublar.  Hər iki məkanı ziyarət edən qonaqlar sərgi və xalçalara tamaşa ediblər.

Xalça Muzeyində olan Sibel Can canlı olaraq, xalça toxunuşunu seyr edib, Qarabağ xalçalarını canlı izləyib, muzeydə fəaliyyət göstərən Şuşa otağında xatirə fotosu çəkdirib. 


Azər NƏSİBOV
Teymur MƏMMƏDOV