Sibel Can: "Engincan azərbaycanlı qızla evlənsə..." - EKSKLÜZİV
    • 7-03-2019, 14:32
    • 1 244

Sibel Can: "Engincan azərbaycanlı qızla evlənsə..." - EKSKLÜZİV

Bu gün paytaxt Bakıya təşrif buyuran Türk sənətçisi Sibel Can onu qarşılayan iş xanımı Ruhi Əliyeva ilə Hava Limanında səmimi söhbət ediblər. 

News24.Az xəbər verir ki, oğlunun Bakıya çox gəlmək istədiyindən bəhs edən Sibel Can Enginin arzusunun gerçəkləşdiyindən məmnun olduğunu bildirib. 
Ruhi xanımın "Engincanın gəlişini çox istəyənlər də var" deməsinin ardından Sibel Can "ay, Engincan azərbaycanlı qızla evlənsə, mən də məmnun olaram" - deyib. Onun bu arzusu təbəssümə səbəb olub.

Azər NƏSİBOV